Britaniyalı deputatlardan Breksit çağırışı

Britaniya parlamenti, 29 yanvar, 2019-cu il

Britaniyalı deputatlar Avropa Birliyi (AB) ilə Breksit razılaşması üzrə yenidən danışıq aparılmasına səs veriblər. Məqsəd İrlandiya Respublikası ilə sərhədlə bağlı maddəni sazişdən çıxarmaqdır. İrlandiya AB-nin üzvüdür, Şimali İrlandiya isə Britaniyanın tərkibində birlikdən çıxmalıdır.

AB sərhədin qeyri-müəyyən müddətə açıq saxlanmasını tələb edir.

İcmalar Palatası 317-301 səs fərqiylə bu maddənin çıxarıılmasına səs veriblər.

Britaniyanın Baş naziri Theresa May deputatları bu addımı dəstəkləməyə, bu tələbin “parlamentin sazişi dəstəkləyə bilməməsinə əsas səbəb olduğunu Brüsselə deməyə” çağırmışdı.

Amma AB Londonla noyabrda əldə olunmuş razılaşmaya yenidən baxılmasını istisna edib. Bu sənəd bir il yarım çəkən danışıqlardan sonra əldə olunmuşdu.

Britaniya AB-ni martın 29-da tərk etməlidir. Bu ayrılma Londonla Brüssel arasında saziş əldə olunmadan baş verərsə, bunun ağır iqtisadi nəticələr doğuracağı sarıdan böyük narahatlıq var.