Dövlət xətti il 6 min aqrar texnika gətirilib

Kənd təsərrüfatı texnikası

2018-ci ildə ölkəyə dövlət vəsaiti hesabına 6030 kənd təsərrüfatı texnikası gətirilib.

Bu barədə Dövlət Statistika Komitəsinin bu gün, yanvarın 30-da yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, ötən il «Aqrolizinq» ASC xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 197.9 milyon manat dəyərində texnika satılıb. Bura taxılyığan kombayn, biçici aqreqat, pambıqyığan kombayn, çuğundur çıxaran, müxtəlif növ traktor və ayrı-ayrı kənd təsərrüfatı avadanlıqları daxildir.

2018-ci ildə kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki illə müqayisədə 4.6 faiz artıb. Amma müstəqil ekspertlər rəsmi rəqəmlərə bir qədər şübhə edirlər.