Qərb rayonlarında yağıntı gözlənir

Yağış

Fevralın 1-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub küləyi ilə əvəzlənəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 1-4, gündüz 8-11, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti proqnozlaşdırılır.

Fevralın 1-də Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin axşam bəzi qərb rayonlarında yağıntı olacağı ehtimalı var. Gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.