Rusiyada baş verən yol qəzasında 7 nəfər ölüb, 25 nəfərsə xəstəxanaya düşüb

Rusiyanın Kaluqa vilayətində yol qəzası. 3 yanvar 2019.

Rusiyada baş verən avtobus qəzasında 7 nəfər ölüb, 25 nəfərsə xəstəxanaya düşüb.

Qəza Kaluqa vilayətində, “Kaluqa-Vyazma” yolunun 128-ci kilometrliyində baş verib.

Avtobus Yartsevo-dan olan uşaq amsamblını Kaluqada keçirilən rəqs müsabiqəsinə aparırmış.

Ölənlərdən 4-ü uşaqdır.

Ümumilikdə avtobusda 48 nəfər-33 uşaq və 15 yaşlı olub.

İlkin məlumata görə, günahkar sürücüdür, o idarəni itirdiyindən avtobus yolun kənarındakı xəndəyə düşüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Rəsmilərin məlumatına görə avtobus özəl sahibkara aiddir.