Ötən gecə Parisin zənginlər yaşayan məhəlləsində yaşayış binasında baş vermiş yanğında azı 9 nəfər həlak olub. Yanğının qəsdən törədilmə versiyası var və rəsmilər bir qadının saxlandığını bildirir.
Parisin prokuroru Remy Heitz həmin qadının şəhərin qərb hissəsində səkkizmərtəbəli binada yaşadığını, psixi problemləri olduğunu deyib.
Yanğınsöndürmə xidmətinin sözçüsü Clement Cognon səkkiz yanğınsöndürən daxil olmaqla azı 30 nəfərin xəsarət aldığını söyləyib.
***
Parisdə bina yanğınında azı 7 nəfər həlak olub
Parisdə yaşayış binasında yanğında azı yeddi nəfər həlak olub.
Şəhərin yanğınsöndürmə xidmətinin sözçüsü Clement Cognon fevralın 5-də səhər baş vermiş yanğında azı 28 nəfərin xəsarət aldığını söyləyib.
O, yanğınsöndürənlərin hələ də axtarışları davam etdirdiyini, yanğını söndürməyə çalışdığını vurğulayıb.
Sözçünün deməsinə görə, 20-dən artıq adam dama, pəncərələrə çıxıb və yanğınsöndürənlər onları xilas edib.