Küləkli hava gözlənir

Bakı

Fevralın 7-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Arabir güclənən cənub-qərb küləyinin əsəcəyi, axşam şimal-qərb küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti proqnozlaşdırılır.

Fevralın 7-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə onun arabir güclənəcəyi ehtimalı var. Gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təxmin edilir.