Dağlıq rayonlarda qar gözlənir

Yağış

Fevralın 8-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti proqnozlaşdırılır.

Fevralın 8-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təxmin edilir.