Çiskinli, yağıntılı hava gözlənir

Yağış

Fevralın 12-də Bakı və Abşeron yarımadasında havanın buludlu, gün ərzində arabir çiskinli olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 2-5, gündüz 5-8, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti proqnozlaşdırılır.

Fevralın 12-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Gecə 2-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təxmin edilir.