«Türkiyə Böyük Millət Məclisi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə xatirə pul sikkələri hazırlayıb. Belə həssas münasibətə görə qardaş ölkəyə təşəkkürümüzü bildiririk».
AZƏRTAC-ın məlumatına görə, Milli Məclisin sədri Oktay Əsədov bunu parlamentin fevralın 12-də keçirilən plenar iclasında bildirib.
Sədr əlavə edib ki, bu addım iki qardaş ölkə arasındakı yüksək səviyyəli münasibətlərin daha bir göstəricisidir.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-20-ci illərdə mövcud olub. Müsəlman Şərqinin ilk demokratik dövləti hesab olunur. AXC Rusiyanın silahlı müdaxiləsi nəticəsində süqut edib.
Azərbaycan bir də müstəqilliyinə 1991-ci ildə qovuşub.
2018-ci il Azərbaycanda «Cümhuriyyət ili» elan olunub.