E.Məmmədyarov Almaniyaya gedib

E.Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfər edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) fevralın 14-də yaydığı məlumatda bildirilir.

Səfərdə məqsəd 55-ci Münhen Təhlükəsizlik Konfransında (15-17 fevral) iştirak etməkdir.

E.Məmmədyarovun bu səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Builki konfransa da təhlükəsizlik siyasəti sahəsində mütəxəssislərin, bir çox dövlət, hökumət başçılarının, müdafiə və xarici işlər nazirinin qatılacağı gözlənir. Konfransda təhlükəsizlik və əməkdaşlıq məsələləri nəzərdən keçirilməlidir.

Münhen Təhlükəsizlik Konfransı 1962-ci ildən keçirilir.