Hindistan Pakistanı günahlandırır

Hadisə yeri

Hindistan Pakistandan tələb edir ki, ərazisindən fəaliyyət göstərən terror qruplarına qarşı tədbir görsün. Fevralın 14-də Kəşmirdə 44 hindistanlı polisin ölümüylə nəticələnmiş hücuma görə məsuliyyəti Pakistanda mənzillənən islamçı qrup üzərinə götürüb.

Hücumdan bir neçə saat sonra Hindistanın Xarici İşlər Nazirliyi İslamabadı çağırıb ki, Pakistandan baza kimi istifadə edən “terrorçulara və terror qruplarına dəstəyi dayandırsın”.

Kəşmirdəki bomba hücumuna görə Jaish-e-Mohammad (JeM) silahlı qrupu məsuliyyəti götürdüyünü bildirib. Bu, mübahisəli regionda təhlükəsizlik qüvvələrinə son on illərin ən ağır hücumu sayılır.

Hindistan tərəf Pakistan hökumətini yaraqlı qruplaşmanı sığınacaqla təmin etməkdə, onun lideri Masood Azhar-a “Pakistandakı terror infrastrukturunu genişləndirməyə” icazə verməkdə suçlayıb.

Təhlükəsizlik rəsmilərinin bildirməsinə görə, yaraqlı partlayıcılarla dolu maşını polis konvoyunun üzərinə sürüb. Hadisə zamanı azı 20 nəfər yaralanıb.