Rusiyada keçmiş kəşfiyyat zabiti həbsxanadan buraxılıb

Vladimir Kvachkov

Rusiyanın keçmiş kəşfiyyat zabiti, ölkə rəhbərliyinə qarşı radikal baxışları ilə tanınan Vladimir Kvachkov həbsxanadan buraxılıb. Onun məhkumluğu qızışdırıcılıqdan nifrətə dəyişdirilib, Rusiya Cinayət Məcəlləsində isə ekstremizm qismən dekriminallaşdırılıb.

Qohumları, jurnalistlər və tərəfdarları Kvachkov-u yanvarın 19-da Rusiyanın Mordoviya regionundakı cəzaçəkmə müəssisəsinin darvazaları önündə qarşılayıb.

Durumu və əhvalı barədə suala cavabında 70 yaşlı keçmiş polkovnik deyib: “Missiya və savaşa hazıram!”

Kvachkov 2010-cu ilin dekabrında saxlanmış, 2013-cü ildə 13 illik həbsə məhkum edilmişdi. Moskva məhkəməsi onu terrorçu qrup yaratmaqda, hökuməti devirməyi planlaşdırmaqda təqsirli bilmişdi. Sonradan cəza müddəti səkkiz ilə salındı.

2017-ci ilin avqustunda Kvachkov nifrəti qızışdırmaqda təqsirləndirilərək daha iki il həbsə məhkum olundu.

Əlavə ittihama onun hökuməti devirməyə çağırdığı video səbəb olmuşdu.

2008-ci ildə keçmiş beş nazir müavini Anatoly Chubais-ın qətlini planlaşdırmaq üzrə bəraət almışdı.