Bosniyada altı əfqan saxlanıb

Bosniyada miqrantlar üçün mərkəz

Bu il Bosniya-Herseqovinada terrorçuluq və insan alverinə əlaqələrdə şübhəli bilinən altı əfqan miqrant saxlanıb. Bunu ölkənin xarici işlər üzrə xidmət bildirir.

Ümumilikdə isə 2018-ci ildən bəri, Macarıstanla Serbiya sərhədlərini bağlayandan Pakistan, Əfqanıstan, İraq və İrandan Bosniyaya 25 mindən artıq miqrant və qaçqın daxil olub.

Agentlik bildirir ki, miqrantların beşi terrorçuluqla, altıncısı isə insan alverilə bağlılıqda şübhəli bilinir.

Qurumun fevralın 19-da yaydığı bəyanata görə, bu altı nəfər “ictimai asayişə və təhlükəsizliyə hədə” yaradır və ölkədən çıxarılacaq.

22-34 yaşlı şübhəlilərin paytaxt Sarayevoda və şimal-qərbdəki Bihac şəhərində aşkarlandıqları bildirilir.

Hazırda Bosniyada 5 mindən çox miqrant var. Onlar Xorvatiyaya, oradan qərbə getmək istəyirlər.