Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev toplantıya qatılıb.
Tədbirdə həmçinin, Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri, Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger də iştirak edirlər.
Prezident İ.Əliyev toplantıda nitq söyləyib.
Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ilk iclası 2015-ci ildə keçirilib. Hər il Şuranın iclası olub.
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın «Şahdəniz 2» qazının Avropaya nəqlini nəzərdə tutur. Layihənin 2018-ci ildə açılışı olub, amma tam başa çatmayıb.
TAP (Trans-Adriatik Qaz Kəməri) və TANAP (Trans-Anadolu Qaz Kəməri) Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir.