Yollarda duman ola bilər

Duman

Fevralın 22-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Bəzi yerlərdə duman olacağı, mülayim cənub-qərb küləyinin əsəcəyi, gündüz onun şimal-qərb küləyi ilə əvəzlənərək axşam arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Fevralın 22-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı, qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi ehtimalı var. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təxmin edilir.