Oskar Schindler-in şəxsi əşyaları hərraca çıxarılacaq

Oskar Schindler xilas etdiyi yəhudilərlə, 1947-ci il

2-ci Dünya müharibəsi zamanı mindən artıq yəhudini xilas etmiş alman sənayeçisi Oskar Schindler-in bəzi şəxsi əşyaları hərraca çıxarılır.

Bostonda mənzillənən RP hərracı fevralın 27-də bildirib ki, əşyalar Schindler-in 2001-ci ildə dünyasını dəyişmiş həyat yoldaşı Emilie-nin mülkiyyətidir. Schindler özü 1974-cü ildə vəfat edib.

Hərrac martın 6-da Bostonda keçiriləcək.

Əşyalar içində Schindler-in Longines qol saatı, həyat yoldaşı və özünün yəqin 1945-ci ildə ruslardan qaçarkən istifadə etdiyi kompas, iki qələm var.

Schindler-in 1938-ci ildə Almaniya hökuməti tərəfindən layiq görüldüyü medal da hərraca çıxarılır. O, medalı Sudetenlandın işğalı zamanı casus roluna görə alıb.

Schindler-in Holokost zamanı etdikləri Steven Spielberg-in 1993-cü ildə çəkdiyi “Şindlerin siyahısı” filminin ərsəyə gəlməsinə səbəb olub.

O, nasist partiyasının üzvü olsa da, yəhudiləri öz fabriklərində işə götürməklə xilas edib.

Schindler hazırda Çexiya ərazisi olan Svitavi şəhərində doğulub.