Michael Jackson-un əmlakı satışa çıxarılır

Michael Jackson (2005-ci il)

Mərhum pop-ulduz Michael Jackson-un Kaliforniyada yerləşən Neverland rançosu yenidən, bu dəfə 31 milyon dollara satışa çıxarılıb. Dörd il öncə isə mülk 100 milyon dollar satışa qoyulmuşdu.

Agentlərdən biri Kyle Forsyth fevralın 28-də jurnalistlərə deyib ki, qiymətdə kəskin eniş bir neçə il regionda daşınmaz əmlak qiymətlərinə təsirini göstərmiş quraqlıqdır.

O, quraqlığın artıq bitdiyini, mülk sahiblərinin əmlakı yenidən bazara çıxardığını sözlərinə əlavə edib.

1093 hektarlıq ərazidə altı yataq otağının olduğu əsas ev, üç qonaq evi, 4 arlıq, şəlaləsi olan göl, tennis meydançaları, heyvanlar üçün sığınacaqlar var.

Pop starın 1980-ci illərdə bu mülk üçün 19,5 milyon dollar ödədiyi bildirilir. 2008-ci ildə müğənni götürdüyü kredit üzrə defolta uğrayanda bir daşınmaz əmlak firması onu 22,5 milyon dolara almışdı.

Jackson bir il sonra, 50 yaşında dünyasını dəyişib.