Prezident mədəniyyət işçiləri ilə görüşüb

Görüş

Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edib.

Sonra Yazıçılar Birliyinin sədri Anar, xalq artistləri Arif Babayev, deputat Zeynəb Xanlarova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, rəssam Tahir Salahov və başqaları çıxış etdilər.

Sonda prezident İ.Əliyev qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıqlarını verib.