İranın Xarici işlər naziri Mohammad Javad Zarif fevralda ona görə istefa vermək istəyib ki, Suriya Prezidenti Bashar al-Assad-ın Tehrana qəfil səfəri barədə bilgiləndirilməyib. Bu açıqlamanı İranın Xarici İşlər Nazirliyi yayıb.
Prezident Hassan Rohani Zarif-in istefasını rədd etmiş, ona tam dəstəyini bildirmişdi. Bundan sonra Tehranın altı ölkəylə nüvə sazişi barədə danışıqları aparmış Zarif işinə qayıdıb.
Mötədil sayılan Rohani və Zarif İranın sərt xətt tərəfdarlarının təzyiqi altındadır. Çünki ABŞ Prezidenti Donald Trump ötən il bu sazişdən çıxıb və Tehrana sanksiyaları bərpa edib.
XİN-nin sözçüsü Bahram Ghasemi martın 5-də deyib ki, Zarif-in istefa “səbəblərindən biri” Assad-ın səfəri kimi hallarda İranın digər rəsmiləri tərəfindən “Xarici İşlər Nazirliyi ilə koordinasiyanın olmaması”dır.
Fevralın 25-də İranın Ali dini lideri Ayətulla Ali Khamenei Assadı Tehranda isti qarşılayıb.
Onların görüşündə Rohani və İranın İnqilab Keşikçiləri Korpusunun elit bölməsinin komandiri, general Qassem Soleimani də iştirak edib.