Dövlət Departamenti qadınlara cəsarət mükafatı verəcək

Ötənilki mərasim

Martın 7-də ABŞ-ın Dövlət katibi Mike Pompeo dünyadan 10 qeyri-adi qadına İllik Beynəlxalq Cəsarətli Qadınlar Mükafatı təqdim edəcək.

Birinci ledi Melania Trump mərasimdə xüsusi çıxış edəcək.

Departament artıq 13-cü ildir bu mükafatı təqdim edir. Mükafat dünyada sülhün ədalətin, insan haqlarının, gender bərabərliyinin, qadınların səlahiyyətinin əsasən şəxsi risk və qurban hesabına irəlilədən, müstəsna cəsarət və liderlik göstərən qadınlara verilir.

2007-ci ilin martından Dövlət Departamenti 65 ölkədən 120-dən artıq qadına bu mükafatı verib.

Dünyanın müxtəlif ölkələrindəki ABŞ diplomatik missiyaları cəsarətə görə bir qadının namizədliyini irəli sürür. Finalçıları isə departamentinyüksəkçinli rəsmiləri seçir.

Builki siyahıya Banqladeş, Birma, Cibuti, Misir, İordaniya, İrlandiya, Monteneqro, Peru, Şri Lanka, Tanzaniyadan qadınlar salınıb.