Əfqanıstanda intiharçı hücumunda azı 16 nəfər həlak olub

Hadisə yeri

Əfqanıstanın şərqində tikinti şirkətinə yaraqlı hücumunda azı 16 nəfər öldürülüb.

Nangarhar vilayəti valisinin sözçüsü Attaullah Khogyani deyib ki, üç yaraqlı vilayət paytaxtı Calalabadda əsas aeroport yaxınlığındakı tikinti şirkətinə hücum ediblər. Onlardan öncə iki intiharçı özünü partladıb. Hadisə martın 6-da baş verib.

Khogyani deyib ki, partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında döyüş başlanıb. 16 nəfər həlak olub, 10 nəfər yaralanıb, onlardan çoxu özəl tikinti şirkətinin işçiləridir.

Khogyani hər üç hücum edənin öldürüldüyünü, durumun nəzarətə alındığını deyir.

Hücuma görə məsuliyyətə üzərinə götürən olmayıb. Əfqanıstanın şərqində, özəlliklə Nangarhar vilayətində Taliban və İslam Dövləti qruplaşmaları çox fəaldırlar.