Külək, yağış, qar

Yağış

Martın 8-də Bakı və Abşeron yarımadasında yağış gözlənir. Güclü şimal-qərb küləyinin əsəcəyi, axşam mülayimləşəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 4-6, gündüz 8 dərəcəyə yaxın isti proqnozlaşdırılır.

Martın 8-də Azərbaycanın bəzi rayonlarında da yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təxmin edilir.