3 günə borca görə 26 şəxs saxlanıb

Polis

Azərbaycanda son 3 gündə borclu olduğuna görə 30-a yaxın şəxs saxlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Nazirliyin saytında kriminal xronika bölməsində yer alan məlumatlarda qeyd edilir ki, martın 7-də 7, martın 6-da 9, martın 5-də isə 10 şəxs borca görə saxlanaraq aidiyyəti üzrə təhvil verilib. Həmin şəxslərin borca görə axtarışda olduğu vurğulanır.