Yardımçı vəzifələrdə çalışanların maaşları artırıldı 

arxiv foto

Dövlət başçısı İlham Əliyev bu gün, martın 9-da “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” sərəncamına dəyişiklik edib.

Söhbət 2018-ci il martın 13-də verilmiş sərəncama dəyişiklikdən gedir.

Dəyişiklikdə yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularından bəhs edilir. Yeni sərəncamla “165” manat alanlar “200”, “185”, “175”, “170”, “165” manat alanlar da müvafiq olaraq “215”, “210”, “205” və “200” manat alacaqlar.

Dövlət başçısı 2019-cu il fevralın 8-də imzaladığı sərəncamla martın 1-dən ölkədə minimum əməkhaqqının məbləğini 130 manatdan 180 manata qaldırmışdı.

Yeni sərəncam da 2019-cu ilin martın 1-dən qüvvəyə minir.