Avropa Şurasına korrupsiyaya qarşı qətnamə layihəsi təqdim olunub

Pul

Niderlanddan olan deputat Mart van de Ven AŞPA-nın Hüquq işləri və insan haqları Komitəsinə «Landromat: korrupsiyaya və çirkli pulların yuyulması üzrə beynəlxalq çağırışlara cavab verərkən» məruzəsinin layihəsini təqdim edib.

Sənəddə Avropa Şurası üzvlərinin korrupsiya sxemlərindən, onların təşkilat üzvü olan ayrı-ayrı ölkələr tərəfindən ələ alınmaları barədə danışılır.

Bundan öncə «Azərbaycan landromatı» adlı araşdırma yayılmışdı. İddiaya görə, rəsmi Bakı öz imicini yaxşılaşdırmaq, Azərbaycanda insan haqları və azadlıqlarının pozulmasını tənqid edən sənədlərin qəbulunun qarşısını almaq üçün təxminən 3 milyard dollar xərcləyib.

Buna da bax: 2.9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

Məruzəçi Azərbaycandan qanunsuz maliyyələşmənin hansı yollarla həyata keçirilməsi, burada kimlərin iştirak etməsi, bunun niyə mümkün ola bilməsini ətraflı təsvir edir.

Layihədə qeyd olunur ki, Avropa Şurası bu korrupsiya sövdələşmələrinin iştirakçıları olan, pulları italiyalı deputat Luka Volonteyə göndərən, digər deputatları ələ almaqda mühüm rol oynayan Elxan SüleymanovMüslim Məmmədova qarşı heç bir tədbir görməyib.

Sənəddə gələcəkdə belə əməllərin qarşısını almaq, Avropa Şurasında belə hallara yol verən iştirakçı ölkələrin məsuliyyətini müəyyən etmək üçün zəruri tədbirlərin görülməsi tələb olunur.

Məruzənin AŞPA-nın apreldə Strasburqda keçiriləcək yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

Beynəlxalq jurnalist şəbəkəsi OCCCR-nin Azərbaycanla bağlı araşdırması beynəlxalq qurumlarda bir neçə dəfə müzakirəyə çıxarılıb.

Azərbaycan hakimiyyəti isə burda səslənən iddiaları qəbul etməyib.