Çin JeM liderinin qara siyahıya salınmasını əngəlləyir

Hindistanda müsəlmanlar Masood Azhara qarşı etiraz keçirir, 15 fevral, 2019-cu il

Çin silahlı qruplaşma liderinin BMT-nin qara siyahısına salınmasını əngəlləyib. Həmin qruplaşmanın ötən ay törətdiyi hücum Hindistanla Pakistanın münasibətlərinin kəskin pisləşməsinə səbəb olmuşdu.

BMT-nin Təhlükəsizlik Şurası martın 13-də Pakistanda mənzillənən Jaish-e Mohammad (JeM) partiyasının lideri Masood Azhar qara siyahı salmaq istəsə də Çin buna qarşı çıxıb.

Bu qruplaşma mübahisəli Kəşmirin Hindistana aid hissəsində 40 əsgərin ölümüylə nəticələnmiş intiharçı hücumuna görə məsuliyyəti üzərinə götürmüşdü.

Fevralın 14-də törədilmiş bu hücumdan sonra nüvə silahlı Hindistanla Pakistan arasında müharibənin alovlanacağı qorxusu yarandı.

Britaniya, Fransa və Birləşmiş Ştatlar Azharın hesablarının dondurulması, ona səyahət qadağası, silah embarqosu qoyulmasını istəmişdilər. Amma Çin bu məsələnin daha çox araşdırmaya ehtiyacı olduğunu deyərək xahişi “texniki baxımdan ertələyib”.

Azhar JeM-i 2000-ci ildə yaradıb. Pakistanda rəsmən qadağan olunmuş bu qruplaşma 2001-ci ildə Təhlükəsizlik Şurasının qara siyahısına salınıb.