Bakıda küləkli hava davam edəcək

Bakı

Martın 19-da axşam Bakı və Abşeron yarımadasında yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti proqnozlaşdırılır.

Martın 19-da Azərbaycanın bəzi rayonlarında da arabir yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənir. Gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti təxmin edilir.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında martın 19-u günün ikinci yarısınadək güclü xəzri küləyinin əsməyə davam edəcəyi gözlənir. Bu da meteohəssas insanlardan ötrü əsasən əlverişsiz sayılır. Martın 17-dən 18-nə keçən gecədən etibarən Bakı və Abşeronda güclü Xəzri küləyi əsməyə başlayıb.