Prezident Hassan Rohani iranlıları Birləşmiş Ştatları, İsraili və Səudiyyə Ərəbistanını lənətləməyə çağırıb. Görünür, o, administrasiyasının ölkədəki iqtisadi problemlərin həlli yönündə uğursuzluğundan diqqəti yayındırmağa çalışır.
ABŞ ötən il Tehranla nüvə sazişindən çıxdığını, İrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.
2017-ci ildə hakimiyyətə gələn Rohani iqtisadiyyatı yaxşılaşdırmaq, dünyayla münasibətləri daha açıq etmək vədləri verib. Amma böhran iranlıların əziyyətini artırıb, tənqidçilər açıq şəkildə onun istefasını tələb edirlər.
Dövlət televiziyası ilə canlı çıxışında Rohani deyib ki, ABŞ sanksiyaları çətinliklər yaradıb, milli valyutanı zəiflədib, daha yüksək inflyasiyaya yol açıb.
“Lənətlərinizi hazırkı durumu yaradanlara yönəldin”, – deyən Rohani “Birləşmiş Ştatlar, sionistlər” və Səudiyyə Ərəbistanının günahlandırılmalı olduğunu sözlərinə əlavə edib. Amma o, iranlıların nə cür lənət yağdırmalı olduğunu deməyib.
Rohani iddia edib ki, ABŞ-ın planı İran üzərində “dominantlıq etmək”dir və İran hazırda Birləşmiş Ştatların sərt iqtisadi sanksiyalarının əziyyətini çəkir.
Prezident hökumət və özəl sektorda maaşları artırmaq, təqaüdləri qaldırmaq vədi verib.