Sərhəddə Novruz şənliyi olacaq

Sərhəd

Azərbaycan və İran sərhədçiləri Novruz bayramını birlikdə keçirəcəklər.

Bu barədə bu gün, martın 20-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda bildirilir ki, martın 20-dən 21-nə keçən gecə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və İran Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətləri Novruz bayramını Biləsuvar istiqamətində bilavasitə dövlət sərhədində birgə qeyd edəcəklər.

Martın 21-i saat 1:58 dəqiqədə yaz fəsli Azərbaycana qədəm qoymalıdır.

Novruz bayramı dünyanın bir çox ölkələri kimi, İran və Azərbaycanda da keçirilir.