Avropa Komissiyası Google şirkətini 1,5 milyard avro cərimələyib. O, İnternetdə reklam yerləşdirilməsi və axtarış zamanı onun fərqləndirilməsində Avropanın rəqabət normalarını pozduğuna görə cərimələnib. Şirkətlə bağlı təhqiqat 2016-cı ildə başlanıb.
Qurum üzə çıxarıb ki, 2006-cı ildən bəri şirkət rəqiblərinin reklamıyla bağlı kontraktları məhdudlaşdırıb. Bildirilir ki, Google kənar saytlarla müqavilələr bağlayaraq rəqiblərinin onların axtarış nəticələrində reklam yerləşdirməsinə imkan verməyib. Bundan başqa, korporasiya tələb edibmiş ki, onun reklamı üstün yerdə yerləşdirilsin.
Google sahibi Alphabet reklamdan böyük pullar qazanır, 2018-ci ildə gəlirləri 30,7 milyard dollara çatıb. 2017-ci ildə isə 12,66 milyard dollar idi.
2017-2018-ci illərdə Avrokomissiya Google şirkətini üst-üstə yeddi milyard avro cərimələyib, şirkətin axtarış sistemləri bazarında qaydaları pozduğu, həmçinin Android əməliyyat sistemli mobil telefonlarda tətbiqlərin qurulmasını məhdudlaşdırdığı bildirilib.
Avropanın anti-monopoliya üzrə rəhbəri Margrethe Vestager isə martın 20-də Google-un sözügedən məsələləri yola qoymaq üzrə cəhdlərini alqışlayıb. Belə ki, Google artıq Android istifadəçilərinə brauzer seçimi imkanı verib.
“Həm şopinq, həm də Android işində müsbət dəyişikliklər görürük”, – Vestager deyib.