Bu gün, martın 21-də Bakı vaxtı ilə saat 01:58 dəqiqədə yaz fəsli Azərbaycana gəlib.
Bu vaxt gecə ilə gündüz bərabərləşib, dünyanın şimal yarımkürəsində yaz fəsli başlayıb.
İki fəsil bərabərliyi mövcuddur. İndi gecə-gündüz bərabərləşib və daha sonra havanın işıqlı saatları çoxalır. İyun ayının 21-də günün işıqlı vaxtı ən uzun olur.
Ondan sonra havanın işıqlı olması müddəti azalır. Beləliklə, sentyabrın 21-də ikinci-payız bərabərliyi yaşanacaq. Bundan sonra isə havanın qaranlıq saatları artır və ən uzun qaranlıq gün dekabrın 21-də baş verir.
Bu gün, martın 21-də dünyanın bir çox ölkələri kimi, Azərbaycanda da baharın gəlişi ilə bağlı Novruz bayramı qeyd edilir. Bayramınız mübarək!