Türkmənistanda 2 mindən çox məhkum əfv edilib

Gurbanguly Berdymukhammedov

Türkmənistan Prezidenti Gurbanguly Berdymukhammedov Novruz bayramı münasibətilə 2 min 28 məhkumu əfv edib. Bu haqda dövlət mediası xəbər yayıb.

Avtoritar lider olan Berdymukhammedov ildə bir neçə dəfə əfv fərmanı imzalayır, adətən bunu dövlət bayramları ərəfəsində edir.

Onun sələfi Saparmurat Niyazov yalnız Ramazan bayramında amnistiya verərdi.

Berdymukhammedov dekabrda Beynəlxalq Neytrallıq Günü münasibətli 796 məhkumu əfv etmişdi.

Türkmənistan 1995-ci ilin dekabrından BMT tərəfindən daimi neytral ölkə kimi tanınıb.

Amma əfv fərmanlarına siyasi məhbuslar salınmır.