3 gündə borca görə 30-dan çox şəxs saxlanıb

Polis

Son 3 gündə də borca görə 32 şəxs saxlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytı məlumat yayıb.

Saytda «kriminal xronika» bölməsində yer alan məlumata görə, martın 17-də 4, 18-də 16, 19-da isə 12 borclu kimi axtarışda olan şəxs saxlanaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirliyin saytında «kriminal xronika» bölməsində əksər günlərdə borca görə axtarışda olan şəxslərin saxlanması ilə bağlı statistika yer alır.

Həmin statistikaya görə, Azərbaycanda borca görə saxlanan insanların sayı bəzi günlərdə bir-, bəzi günlərdə də ikirəqəmli olur.

Dünən, martın 20-nə aid məlumatlar isə, hələlik, yayılmayıb.