Martın 22-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 4-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti proqnozlaşdırılır.
Martın 22-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi təxmin olunur. Lakin axşama doğru bəzi rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 3-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.