ABŞ hakimiyyəti nasist qüvvələrinin 2-ci Dünya müharibəsinin sonunda Ukraynada bir muzeydən ələ keçirdiyi əsəri geri almaq yönündə addım atıb.
Menhetten federal prokurorları martın 21-də bildiriblər ki, Pierre Louis Goudreaux tərəfindən çəkilmiş "An Amorous Couple" əsəri 1943-cü ildə Bohdan və Varvara Khanenko adına Kiyev Milli İncəsənət Muzeyindən oğurlanıb.
ABŞ rəsmiləri əsərin illərlə ortada olmadığını, bu illər ərzində Londonda şəxsi kolleksiyaçıda olduğunu, daha sonra Massaçusetsə aparıldığını bildirirlər. 2013-cü ildə əsərin adı Nyu Yorkda bir hərracın vebsaytında peyda olub.
Federal Təhqiqat Bürosu müəyyənləşdirib ki, əsəri 1993-cü ildə Nyu Yorkdan bir diler Missuri hərracından alıb.
Prokurorlarn bildirməsinə görə, onlar əsərin alınaraq Kiyev muzeyinə qaytarılması üçün məhkəmə qərarını gözləyirlər.
Son illər ABŞ rəsmiləri nasist qüvvələrinin Ukraynada ələ keçirdiyi əsərlərin müəyyənləşdirərək Kiyevə qaytarılması yönündə işi gücləndiriblər.
Dekabrda ABŞ hakimiyyəti Rusiya çarı İvan Qroznının 107 illik portretinə iddia irəli sürdü. Bu əsər də 2-ci Dünya müharibəsi zamanı Ukraynanın incəsənət muzeyindən oğurlanıb.
Mikhail Panin tərəfindən çəkilmiş əsər Ukraynanın müharibədən öncə Dnipro kimi tanınan şəhərində muzeydə saxlanırdı.