Trump orduya Mozambikə yardım göstərişi verir

Mozambik, 19 mart, 2019-cu il

Pentaqon bildirir ki, Prezident Donald Trump-dan Afrikada qasırğanın böyük ziyan vurduğu Mozambikə kömək göstərmək göstərişi alıb. Artıq bir həftədir qasırğa Mozambikdə dağıntılar törədir.

Daha öncə Mozambik hökuməti beynəlxalq ictimaiyyətdən kömək istəmişdi.

Pentaqon bildirir ki, ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) adətən, təbii fəlakətlər halında yardımını əsirgəmir.

ABŞ ordusu artıq Mozambikdə durumun ilkin dəyərləndirməsinə başladığını, 10 gün ərzində logistik dəstək kimi 6,5 milyon dollar humanitar yardım ayıracağını bildirib.

Mozambikdə İdai qasırğası azı 446 nəfərin ölümünə səbəb olub, Zimbabve və Malaviyə də böyük ziyan vurub.