İtaliyada bir serbiyalı ikiqat qətl törətməkdə təqsirli bilinərək ömürlük həbsə məhkum edilib.
Igor Vaclavic-ə qarşı hökm ölkənin şimalındakı Boloqna şəhərində martın 25-də çıxarılıb. Xəbəri ANSA agentliyi yayıb.
Vaclavic məhkəmə prosesini İspaniyadan videoəlaqə vasitəsilə izləyib. O, səkkiz aylıq axtarışdan sonra İspaniyada həbs olunub.
Vaclavic hələ İtaliyaya ekstradisiya olunmalıdır. O, 2017-ci ilin aprelində törətdiyi iki qətlə görə qiyabi mühakimə olunaraq təqsirli bilinib. 2017-ci ilin dekabrında İspaniyada saxlanarkən ikisi polis əməkdaşı olmaqla üç nəfər öldürülüb.
O hələ axtarışda olarkən İtaliya mediası Vaclavic-i qəddar rusiyalı keçmiş əsgər kimi təsvir edərək ona “Rusiyalı Igor” ləqəbini verib. Sonradan bu informasiya yalan çıxdı, amma ləqəb qaldı.