Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Türkmənistanı veteran jurnalist Soltan Achilova-ya qoyulmuş səyahət qadağasını dərhal qaldırmağa çağırır.
“Achilova və azsaylı digər jurnalistə sistematik təzyiqə son qoyulmalıdır, çünki onlar dünyanın ən qapalı ölkələrinin birindən xəbərləmə kimi vacib işi görürlər”, – Nyu Yorkda mənzillənən media qurumunun Avropa və Orta Asiya proqramının koordinatoru Gulnoza Said martın 25-də deyib.
Achilova Vyanada fəaliyyət göstərən Xronika Turkmenistana müstəqil vebsaytının Aşqabat müxbiridir. O, martın 11-də beynəlxalq seminara qatılmaq üçün Tbilisiyə uçmaq istəyərkən saxlanıb, ona deyiblər ki, ölkəni tərk edə bilməz. Bunu sözügedən saytın baş redaktoru Farid Tukhbatullin CPJ-yə deyib.
Martın 21-də Sərhədsiz Jurnalistlər Təşkilatı (RSF) da Türkmənistan hakimiyyətini “Achilova və azsaylı müstəqil jurnalistlərə təzyiqi dayandırmağa çağırmışdı”.
Türkmənistan RSF-in Ümumdünya Mətbuat Azadlığı İndeksində 180 ölkə sırasında 178-ci yerdədir.