Moskva Yazovla bağlı məhkəmə qərarını pisləyir

Vladimir Putin (solda) və Dmitry Yazov (ortada)

Rusiyanın Xarici İşlər Nazirliyi Litvanın “qeyri-dost və təxribatçı” hərəkətlərini pisləyib. Bir gün öncə Vilnüs məhkəməsi keçmiş sovet ordu rəhbəri və KGB zabitini hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilib.

Sovet İttifaqının keçmiş Müdafiə naziri, hazırda 94 yaşlı olan Dmitry Yazov martın 27-də 10 il həbs cəzasına məhkum edilib. O, Moskvanın 1991-ci ildə Litvanın azadlıq hərəkatına hücumdakı roluna görə təqsirli bilinib. Keçmiş KGB zabiti Mikhail Golovatov isə qiyabi olaraq 12 illik həbsə məhkum olunub.

Ümumilikdə həmin prosesdə 67 təqsirləndirilən olub. Onların yalnız ikisi məhkəmə zalında idi. Rusiya, Belarus və Ukrayna vətəndaşları olan təqsirləndirilənlərə dörd ildən 12 ilədək həbs kəsilib.

Litva Prezidenti Dalia Grybauskaite məhkəmənin nəticəsini alqışlayıb. “Dinc yolla azadlığı müdafiə edən şəxslərin ölümündə təqsiri olanların adları çəkildi”, – o, bəyanatında deyib.

1990-cı ilin martın Litva 15 sovet respublikası içində ilk olaraq müstəqillik elan edib.

Litva digər Baltik qonşuları olan Latviya və Estoniya ilə birlikdə 2004-cü ildə Avropa Birliyi və NATO-ya üzv olub.