Bakıda külək, yağış, dağlarda qar gözlənir

Yağış

Martın 30-da Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənir. Arabir güclənən şimal küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.

Martın 30-da Azərbaycanın bəzi rayonlarında da yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta təxmin edilir.