Rövşən Almuradlı vəfat edib

R.Almuradlı

Bu gün, aprelin 2-də səhər saatlarında rejissor Rövşən Almuradlının vəfat etdiyi açıqlanıb.

Bu barədə onun ailəsinə yaxın insanlar məlumat yayıblar.

Onların bildirməsinə görə, R.Almuradlı ürək çatışmamazlığından əziyyət çəkib.

R.Almuradlı 1954-cü il aprelin 19-da Bakı şəhərində doğulub.

1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində oxuyub.

1976-87-ci illərdə Şəki Dövlət Dram Teatrında aktyor kimi çalışıb. 1988-ci ildən Sumqayıt Dövlət Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.

Bir sıra bədii və telefilmlərin quruluşçu rejissoru olub. Onlardan biri də Azərbaycan milyonçusu Ağa Musa Nağıyevin həyatından bəhs edən «Yük» bədii filmidir.