Venesuela müxalifət liderinin toxunulmazlığı alınıb

Juan Guaido

Venesuela Prezidenti Nicolas Maduroya sadiq deputatlar müxalifət lideri Juan Guaido-nun toxunulmazlığını qaldırıb, Ali Məhkəmənin ona qarşı cinayət təqibi aparmasına icazə verib.

Milli Qanuni Assambleyann bu addımı Guaido-nun potensial həbsinə yol açır, onun özünü aralıq dövr prezidenti elan etməklə konstitusiyanı pozduğu bildirilir.

Parlamentin tənqidçiləri bu qurumun Maduronun qərarlarını möhürləmək, Guaido-nin nəzarətində olan Milli Assambleyanı kənarlaşdırmaq üçün yaradıldığını bildirirlər.

Məhkəmə rəqib qurumdan xahiş etmişdi ki, Maduronun hakimiyyətini qəsb etdiyinə görə Guaidonun toxunulmazlığını ləğv etsin. Guaido özünü yanvarın 23-də aralıq dövr prezidenti elan edib və 50-dən çox ölkə onu tanıyıb.

Guaido daha öncə məhkəmənin xahişinin ardınca hökumət agentləri tərəfindən oğurlana biləcəyindən narahatlıq dilə gətirmişdi.

Məhkəmənin aprelin 2-də çıxardığı qərarda deyilir ki, Guaido ötən ay qonşu ölkələrə səfər etməklə ona qarşı tətbiq olunmuş səyahət qadağasını pozub.

Venesuelada siyasi qarşıdurmadan savayı, martda üç dəfə ölkə boyunca elektrik kəsilib. Bu, onsuz da ağır olan iqtisadi durumu daha da çətinləşdirib.

Maduro hökuməti ölkənin əsas su-elektrik stansiyasına “terrorçular”ın hücum etdiyini iddia edib.