Qərb rayonlarında yağıntı gözlənir

Yağış

Aprelin 4-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 6-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti proqnozlaşdırılır.

Aprelin 4-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi qərb rayonlarında arabir yağıntı olacağı ehtimalı var. Gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təxmin edilir.