Prezident Vladimir Putin deyir ki, Rusiya və Suriya əsgərləri 1982-ci il Livan müharibəsindən bəri itkin düşmüş israilli əsgərin cəsədini tapıb.
Putin bunu aprelin 4-də İsrailin Baş naziri Benjamin Netanyahu ilə Moskvada görüş zamanı söyləyib.
Onun sözlərinə görə, serjant Zachary Baumel-in qalıqları İsrail rəsmilərinə təhvil verilib. O, İsrailin Livanı işğal etməsi zamanı itkin düşüb.
ABŞ-da anadan olmuş Baumel 1970-ci il ildə İsrailə mühacirət edib.
O, Suriya ilə sərhəddəki Sultan Yakub kəndində döyüş zamanı itkin düşüb. Həmin döyüşdə 20-dək İsrail əsgəri həlak olub.
Baumellə birlikdə daha iki əsgər – Zvi Feldman və Yehuda Katz da itkin düşmüşdü və öldükləri güman edilirdi. Digər iki əsgər hələ də itkin sayılır.