Əfqanıstanın qərbində onlarla əgər və polis əməkdaşı öldürülüb

Əfqanıstan, arxiv fotosu

Əfqanıstan rəsmiləri bildirirlər ki, yüzlərlə taliban yaraqlısı ölkənin şimal-qərbindəki Badğis vilayətinə hücum edib, onlarla əsgər və polis əməkdaşı öldürülüb.

Bala Murğab rayonunun valisi Waris Sherzad deyib ki, aprelin 3-də axşam Taliban hücumu başlanandan azı 30 təhlükəsizlik əməkdaşı qətlə yetirilib. O, döyüşün davam etdiyini vurğulayıb.

Badğis Vilayət Şurasının sədri Abdul Aziz Baig isə bildirib ki, talibançılar Bala Mudğabda hökumət binası qarşısında bir neçə təhlükəsizlik məntəqəsini ələ keçiriblər.

Onun sözlərinə görə, yalnız polis qərargahı və Milli Ordunun bazası hökumətin nəzarətində qalır.

Talibanın sözçüsü Qari Yusuf Ahmadi silahlı qruplaşmanın dörd istiqamətdən hücuma keçdiyini, beş nəzarət məntəqəsini ələ keçirdiyini vurğulayıb.

Təxminən 3 həftə öncə Bala Murğabda bir həftə çəkən döyüşlərdə 50 əsgər öldürülmüşdü.