«Azərbaycanda ən çox korrupsiyalaşmış sahələrdə yoxlamalar aparılmalıdır».
«Report» xəbər verir ki, bunu bu gün, aprelin 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Hesablama Palatasının 2018-ci il fəaliyyəti haqqında hesabatın parlamentdə təqdimatı zamanı bildirib.
«Mətbuat həmin sahələr barədə yazır və faktlar ortaya çıxarır. Hesablama Palatası bu istiqamətdə - korrupsiyaya qarşı fəaliyyətini bərpa etsə, yaxşı olar», - o qeyd edib.
Xatırlatma
Azərbaycanda Hesablama Palatası 2001-ci ildə yaradılıb. O, ali maliyyə nəzarəti orqanıdır. Milli Məclisə hesabat verən Palata dövlət vəsaitinin ayrıldığı qurumlarda audit yoxlamaları aparır.
Bəzi ekspertlər hesab edirlər ki, bu qurum iri korrupsiya hallarını üzə çıxarmaqda acizdir. Hərçənd, qurum rəhbərliyi belə tənqidləri qəbul etmir.