Putinin qrafitisini çəkməkdə şübhəlini saxlayıblar

Yaroslavl baş polis idarəsi

Yaroslavl baş polis idarəsi

Rusiya polisi Prezident Vladimir Putinin təhqiramiz qrafitisini çəkməkdə şübhəli bilinən şəxsi saxlayıb. Qrafiti Yaroslavl şəhərindəbaş polis idarəsinin binası üzərinə çəkilib.

Şübhəli aprelin 5-də saxlanıb. Yerli media polisin ərazidəki təhlükəsizlik kamerasındakı görüntünü araşdırdığını bildirir.

Martın 31-də çəkilmiş qrafitidə rusca “Putin homoseksualdır” yazılmışdı. O vaxtdan yazının üstü rənglənib.

Bu qrafitidən bir neçə həftə öncə Putin “saxta xəbər” və dövlətə, ictimaiyyətə təhqiramiz hesab olunan materiala görə hakimiyyətə vebsaytları bloklamağa icazə verən qanunu imzalayıb.

Rusiyanın mediaya nəzarət edən Roskomnadzor orqanı bütün media qurumlarına göstəriş verib ki, Yaroslavldakı qrafitinin şəkillərini pozsunlar. Bu halda məhz sözügedən qanun əsas gətirilib.

Bəzi onlayn xəbər portalları şəkilləri silib, bəziləri isə göstərişi senzura sayaraq ona əməl etməyib.