İcra başçıları bir-birlərinin yerini tutdular

İ.Əliyev

Bu gün, aprelin 5-də prezident İlham Əliyev dörd icra başçısının yerini dəyişib.

O, Novruz Novruzovu Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Prezidentin başqa bir sərəncamı ilə Asif Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. A.Hüseynov bu sərəncama qədər Siyəzən rayonuna rəhbərlik edib.

Siyəzən rayonuna da elə Şabran rayonun keçmiş icra başçısı gətirilib.

Prezident İ.Əliyev habelə, Məhərrəm Quliyevi Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarıb. Onu Goranboy Rayon İcra Hakimiyyəti başçısı göndərib. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevi isə elə M.Quliyevin yerinə gətirib.

Beləliklə, Şabranla Siyəzənin, Goranboyla da Ağstafanın başçılarının yerləri qarşılıqlı şəkildə dəyişdirilib.