Əfqanıstan hökuməti Talibanla görüşə təmsilçi göndərir

Zalmay Khalilzad

Əfqanıstan Qətərdə Talibanla danışıqlar aparmağa hökumət təmsilçisi göndərəcək. Bu, 18 ildir gedən müharibəni dayandırmaq yönündə potensial dönüş nöqtəsinə çevrilə bilər.

ABŞ və Taliban təmsilçiləri Qətərin paytaxtı Dohada bir neçə dəfə danışıq aparıblar. Ancaq silahlı qruplaşma Kabil hökuməti ilə birbaşa danışıqlardan imtina edir, onu Birləşmiş Ştatların “oyuncağı” sayır.

Əfqanıstan Prezidenti Omar Daudzai-nin sülh elçisi aprelin 7-də deyib ki, hökumətin nümayəndə heyəti “Talibanla fikir mübadiləsindən ötrü” Dohaya gedəcək.

Daudzai təmsilçilərlə bağlı işin aprelin 10-dək yekunlaşacağını söyləyib.

Danışıqlar aprelin 14-15-nə planlaşdırılır.

Birləşmiş Ştatların Talibanla danışıq aparan elçisi Zalmay Khalilzad aprelin 7-də bəyanatında deyib ki, gələn həftə Dohada əfqanlararası dialoqa “Əfqanıstan hökumətinin və daha geniş ictimaiyyətin təmsilçiləri qatılacaq”.