Taliban hücumunda ölənlər dəniz piyadalarıdır

Hadisə yerindən yığılmış gilizlər

NATO-nun Əfqanıstandakı missiyası ABŞ-ın bu ölkədəki əsas bazası yaxınlığına Taliban hücumunda ölənlərin sayını yeniləyib. Üç amerikalı hərbçi ölüb, ancaq ilkin olaraq öldüyü bildirilər podratçı ölməyib, yaralanıb.

Missiya aprelin 9-da yaydığı bəyanatda podratçının müalicə olunduğunu bildirir.

Pentaqon ölən hərbçilərin üçünün də dəniz piyadaları olduğunu deyir.

***

Əfqanıstanda 3 amerikalı əsgər, bir podratçı öldürülüb

Əfqanıstanda NATO-nun əsas bazası yaxınlığında üç amerikalı əsgər və bir podratçı öldürülüb.

Yol kənarına qoyulmuş bomba partlayışına görə məsuliyyəti Taliban qruplaşması üzərinə götürüb.

NATO-nun Əfqanıstandakı missiyası aprelin 8-də yaydığı bəyanatında Kabildən 50 kilometr şimalda yerləşın Bagram hava bazası yaxınlığında dörd amerikalının öldürüldüyünü təsdiqləyib.

Daha üç amerikalı əsgər isə yaralanıb.

Yerli rəsmilər partlayışda azı beş əfqanın da xəsarət aldığını bildirib.

Bu insident nəticəsində bu il Əfqanıstanda öldürülmüş hərbçilərin sayı yeddiyə çatıb. 2015-ci ilin yanvarından isə bu ölkədə 68 amerikalı hərbçi həlak olub.

Prezident Ashraf Ghani deyir ki, o, 2014-cü ilin sentyabrından vəzifəyə gələndən ölkədə 45 min əfqan əsgər və polis əməkdaşı öldürülüb, yəni aya ortalama 849 nəfər.